Kanadada ilk dəfə olaraq qadın qərargah rəisi təyin edilib

Kanadada ilk dəfə olaraq qadın Baş Qərargah rəisi təyin edilib.

Kanadanın baş naziri Castin Trüdo general-leytenant Cenni Karinyanı Baş Qərargah rəisi təyin edib.

"Karyerası boyunca onun görkəmli liderlik keyfiyyətləri, mükəmməlliyə və xidmətə sadiqliyi silahlı qüvvələrimiz üçün böyük bir sərvət olmuşdur" ,-deyə Trüdo qeyd edib.

Orduda seksizm və sui-istifadənin aradan qaldırılması səylərinə cavabdeh olan Karinya iyulun 18-də hazırkı Baş Qərargah rəisi Ueyn Eyri əvəz edəcək.

Qeyd edək ki, Hərbi mühəndis olan Karinya hərbi xidmətdə olduğu 35 il ərzində Əfqanıstan, Bosniya-Hersoqovina, İraq və Suriyadakı bölmələrə komandirlik edib.

Mövsüm

Aznews.az