Əfqanıstanı sel ve fırtına vurdu: Ən az 35 ölü, 230 yaralı var

Əfqanıstanın şərqindəki Nangerhar əyalətində güclü yağış və tufan nəticəsində ən azı 35 nəfərin həyatını itirdiyi bildirilir.

Nangerhar Qubernatorluğu Mədəniyyət və İnformasiya direktoru Karişi Badlun mövzu ilə bağlı mətbuata açıqlama verib.

AZI 35 ÖLÜ, 230 YARALI VAR

Badlun, həddindən artıq yağışın səbəb olduğu daşqın və tufanlar nəticəsində ən azı 35 nəfərin öldüyünü, 230 nəfərin isə yaralandığını bildirib.

Yaralıların xəstəxanalara göndərildiyini deyən Badlun, yaralıların sayının arta biləcəyini qeyd edib.

Mövsüm

AzNews.az