İraqın şimalında Harir aerodromunun yaxınlığında yanğın baş verib

İraqın şimalında Ərbil şəhərinin kənarındakı Hərir hərbi aerodromunun yaxınlığında yanğın baş verib.

Bu barədə mənbəyə istinadən "Shafaq News" portalı məlumat yayıb.

“Yerli mənbə çərşənbə axşamı Ərbil şəhərinin kənarındakı Harir hərbi hava limanı ərazisində yanğının baş verdiyini bildirib”, - nəşr bildirib.

Qeyd olunur ki, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, lakin hadisənin səbəbləri barədə hələlik məlumat daxil olmayıb.

Mövsüm

AzNews.az