Polşa payız və qış aylarında Ukraynadan kütləvi qaçqın axını gözlədiyini açıqlayıb

Polşa Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarının nəticələrinə görə ukraynalı qaçqınların yeni dalğasını gözləyir.

Bu barədə Polşanın Mülki Hüquqların Müdafiəsi Departamentinin rəhbəri Dariuş Marçinski məlumat verib.

“Biz aydın siqnallar alırıq ki, payız və qış aylarında ukraynalıların böyük axını mümkündür. Biz buna hazır olmalıyıq,”,-deyə Marçinski qeyd edib.

O əlavə edib ki, qarşıdakı aylarda bu risklərin səviyyəsi arta bilər və bu, Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları ilə bağlıdır, onun nəticələri, Marçinskinin sözlərinə görə, “getdikcə nəzərə çarpır”.

Mövsüm

AzNews.az