HƏMAS ABŞ-ı Qəzzaya hücumları dayandırması üçün Netanyahuya təzyiq etməyə çağırır

HƏMAS bəyan edib ki, İsrailin baş naziri Binyamin Netanyahunun “məhbus mübadiləsi razılaşmasının dəfələrlə pozulmasına görə məsuliyyət daşıyır” və ABŞ-ı Qəzza zolağına hücumları dayandırması üçün Netanyahuya təzyiq göstərməyə çağırıb.

ABŞ-ın vitse-prezidenti Kamala Harris “Qəzzada təcili humanitar vəziyyətlə bağlı narahatlığını” ifadə etdikdən sonra HƏMAS Hərəkatının Siyasi Bürosunun üzvü İzzat ər-Rişq məsələ ilə bağlı açıqlama verib.

Rişk, "Qəzzadakı humanitar vəziyyətdən narahat olduqları və xalqımızın çəkdiyi əzablardan təəssüfləndikləri iddiası yenilənmiş Amerika yalanıdır. Müharibəni dayandırmaq istəsəydilər, dayandırardılar. Ordunu, təhlükəsizliyi, siyasi və kəşfiyyat dəstəyini Nasist (İsrail) ordusundan geri çəkərdilər",-deyə qeyd edib.

Mövsüm

AzNews.az