Qəssam Briqadaları 2 İsrail tankının məhv edildiyini açıqlayıb

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza şəhərinin cənubunda çox sayda İsrail əsgərinin əhatəsində olan 2 İsrail tankının məhv edildiyini açıqlayıb.

Qəssam Briqadaları tərəfindən verilən açıqlamaya görə, Qəzza şəhərinin cənubundakı Tel əl-Hava bölgəsində Merkeva 4 tipli İsrail tankları məhv edilib.

İslami Cihad hərəkatının silahlı qanadı olan Qüds Briqadaları tərəfindən verilən açıqlamada Qəzzanın cənubunda Netzarim oxundakı tədarük xətti boyunca İsrail əsgərlərinin yerləşdiyi bölgələrin minaatanlarla hədəfə alındığı bildirilib.

İsrail ordusu hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Mövsüm

AzNews.az