- Dünyanın halı
- 5 Avqust 2024 19:25
- 3 167
BMT: Qəzzada gedəcək heç bir yer, təhlükəsiz yer qalmayıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzza zolağında fələstinlilərin sığınacaqlarının qalmadığını və heç bir yerin təhlükəsiz olmadığını vurğulayb.
Hücumlar nəticəsində təxminən 2,3 milyon əhalisi olan Qəzzanın demək olar ki, bütün əhalisi məcburi köçkün vəziyyətinə düşüb.
"UNRWA"-nın sosial media hesabında Qəzzada məcburi köçkünlərlə bağlı açıqlama verilib.
Bildirilib ki, İsrail az qala hər gün yeni “evakuasiya” əmrləri verdiyi üçün Qəzzada fələstinlilər köçkünlüklə üzləşməyə davam edir.
Açıqlamada bölgə xalqının bir çox məcburi köçlərə məruz qaldığı, hücumlar və bombardman təhdidləri səbəbiylə tükəndiyi, təcili atəşkəsə ehtiyac olduğu vurğulanıb.
Mövsüm
AzNews.az