- Dünyanın halı
- 7 Avqust 2024 19:11
- 2 994
Pezeşkian və Makron arasında telefon danışğı olub
ABŞ və Qərb HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsini dəstəkləyib.
Bu barədə İran prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.
“Sionist rejimin məzlum və həssas Qəzza əhalisinə qarşı cinayətkar və terrorçu hərəkətləri və İranın rəsmi qonağı Haniyənin öldürülməsi regionda yanğın törətməyə hesablanıb və təəssüflər olsun ki, ABŞ və Qərb ölkələri bu rejimi qınamaq əvəzinə cinayətlərində, soyqırımlarında və qırğınlarında dəstəkləyib”, – Pezeşkianın mətbuat xidməti onun sözlərini sitat gətirib.
“Əgər ABŞ və Qərb ölkələri həqiqətən də regionda müharibəyə və qeyri-sabitliyə son qoymaq istəyirlərsə, dərhal silah satışını və sionist rejimi dəstəkləməyi dayandırmalı və Qəzza zolağında soyqırım və hücumları dayandırmaq üçün təzyiq göstərməli və atəşkəslə razılaşmalıdırlar”,- deyə Pezeşkian qeyd edib.
Mövsüm
AzNews.az