- Dünyanın halı
- 7 Avqust 2024 21:38
- 4 289
Polis İsrail Xarici İşlər Nazirliyinin binasında axtarış aparıb
Polis əməkdaşları İsrail Xarici İşlər Nazirliyinin Qüdsdəki binasında axtarış aparıb və diplomatik pasportların verilməsi iddiası ilə bağlı aparılan istintaq çərçivəsində sənədləri müsadirə ediblər.
Bu barədə İsrailin "Haaretz" qəzeti iki mənbəyə istinadən məlumat yayıb.
Sənədlərdən birinin baş nazir Benyamin Netanyahunun oğlu Yair Netanyahuya təqdim edildiyini iki rəsmi bildirib.
Mövsüm
AzNews.az