Volfoviç: Belarus kəşfiyyatı Ukraynada yaradılan bütün qrupları görür

Belarus Ukrayna ərazisində yaradılmış bütün silahlı birləşmələrdən xəbərdardır və lazım gələrsə, təxribatlara adekvat cavab verməyə hazırdır.

Bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi general-leytenant Aleksandr Volfoviç sərhədyanı rayonlara səfəri zamanı bildirib.

“Bizim kəşfiyyatımız qonşu dövlətin ərazisində yaradılmış bütün qrupları görmək deməkdir. Biz onların niyyətlərini bilirik, lakin buna baxmayaraq, lazım gələrsə, adekvat cavab verməyə hazırıq”, - Aleksandr Volfoviç bildirib.

Volfoviç qeyd edib ki, Minsk müasir çağırışların və təhdidlərin qiymətləndirilməsinə ciddi diqqət yetirir, vəziyyətə sistemli şəkildə nəzarət edir və dövlətin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür.

Mövsüm

AzNews.az