Əlcəzair BRİKS-ə qoşulmaq, əməkdaşlığı gücləndirmək istəyir

Əlcəzair BRİKS-ə qoşulmaq və assosiasiya ölkələri ilə əlaqələri yeni səviyyəyə çıxarmaq niyyətindədir.

Bu barədə Əlcəzair Əyalətinin Xalq Məclisinin sədri Nəcibə Cilali altıncı Beynəlxalq BRİKS Bələdiyyə Forumunda bildirib.

“Biz ölkəmizin BRİKS-ə qoşulmasını istəyirik”. Cilalinin sözlərinə görə, bu addım Əlcəzairə Rusiya da daxil olmaqla əsas tərəfdaşlarla əlaqələri gücləndirməyə kömək edəcək.

"BRİKS ölkələrimiz arasında münasibətləri yaxşılaşdırmaq üçün belə bir fürsət yaratsa, bu bizim üçün böyük sevinc olacaq", - Cilali yekunlaşdırıb.

Mövsüm

AzNews.az