Türkiyənin normallaşma üçün Suriyaya 4 şərti var

Türkiyə ilə Suriya arasında 'normallaşma' səyləri qarşılıqlı açıqlamalarla davam edir. Ötən ay prezident Ərdoğan Suriya prezidenti Bəşər Əsədi iki ölkə arasında münasibətləri normallaşdırmağa çağırıb.

Mövzu ilə bağlı açıqlamasında Ərdoğan, "Bəşər Əsəd Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində addım atan kimi ona qarşı da eyni yanaşmanı göstərəcəyik. Çünki dünən biz Suriya ilə düşmən deyildik, Əsədlə bir insan olaraq görüşürdük. Türkiyə-Suriya əlaqələrini əvvəlki nöqtəyə gətirmək istəyirik. Dəvətimiz hər an ola bilər",- deyə qeyd edib.

13 illik vətəndaş müharibəsi nəticəsində 10 milyondan çox insan ölkəni tərk etdiyi üçün bölgə terror təşkilatlarının, onları maliyyələşdirən və himayə edənlərin oyun meydanına çevrilib. Prezident Ərdoğan son 13 ildə ilk dəfə Suriya lideri Bəşər Əsədlə görüşə və münasibətləri normallaşdıra biləcəyini bəyan edib. Qarşılıqlı bəyanatlardan sonra Xarici İşlər Nazirliyindən kritik açıqlama gəldi.

Xarici İşlər mənbələrindən alınan məlumata görə; Türkiyə Suriya ilə normallaşma prosesi ilə bağlı şərtlərini açıqlayıb. Edilən şərhdə; Münasibətlərin 2011-ci ildən əvvəlki vəziyyətə qaytarılmasının yolunun 4 maddədən keçdiyi bildirilib.

  • Suriyanın ərazi bütövlüyünü və birliyini qorumaq üçün onu terrorçu ünsürlərdən təmizləmək,
  • Suriya BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində öz xalqının haqlı tələb və gözləntiləri əsasında öz xalqı ilə əsl milli barışığa nail olmaq,
  • Bununla əlaqədar təhlükəsiz və ləyaqətli qayıdış üçün lazımi şəraitin yaradılması,
  • Humanitar yardımların fasiləsiz davam etməsi.

​Bu anlaşma bərqərar olarsa və real yanaşmalar həyata keçirilərsə, Suriyanın rifahına, qonşu ölkələrin təhlükəsizliyinə və regional sabitliyə töhfə verə biləcək addımlara yol açılacaq.

Mövsüm

AzNews.az