İsveçdə Quran yandırma aksiyalarının təşkilatçılarına qarşı iş açılıb

İsveç Baş Prokurorluğu Quranı yandırmaqda ittiham olunan iki şəxsə qarşı iş açıb.

Bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

“Prokuror 38 və 49 yaşlı kişilərə qarşı ittiham irəli sürüb. Onların hərəkətləri və bəyanatları hansısa etnik qrupa qarşı təhrik maddəsinə aiddir”, - nəşr yazır.

Müstəntiqlərin məlumatına görə, 2023-cü ilin yayında Stokholmda müttəhimlər Quranı dörd yerdə yandırıblar. Prokurorluq aydınlaşdırıb ki, iş üzrə təqsirləndirilən şəxslər “Müsəlmanlara dinlərinə görə hörmətsizliyə səbəb olacaq şəkildə Quranla rəftar ediblər”.

İdarədən bildirilib ki, onlar 2023-cü il iyunun 28-də, eləcə də avqustun 24, 25 və 26-da keçirilən aksiyalarda iştirak ediblər.

Mövsüm

AzNews.az