Kim Çen In: “Ordunu yeni artilleriya silahları ilə təchiz edin”

Ardıcıl silah sınaqları ilə Koreya yarımadası və ətrafında təhlükəsizlik narahatlığına səbəb olan Şimali Koreya bölgədə gərginliyi artıracaq daha bir addım atıb.

Rəsmi mənbələrdən verilən açıqlamada, 240 millimetrlik çoxlu raket atma sisteminin (MRLS) ən təkmil versiyasının uğurla sınaqdan keçirildiyi bildirilib.

Bu kontekstdə keçirilən hərbi təlimə şəxsən ölkə lideri Kim Çen Inın rəhbərlik etdiyi qeyd edilib.

Məlumat verilib ki, manevr və buraxılış imkanlarına görə öz növünün ən qabaqcıl olan MRLS bütün sahələrdə, o cümlədən dağıdıcı gücdə uğurunu sübut edib.

Bildirilib ki, təlimdən sonra Kim yeni artilleriya silahlarının istehsalı və ordu hissələrinin onlarla təchiz edilməsi barədə göstəriş verib.

Mövsüm

AzNews.az