Litva Ukraynaya 647 milyon avrodan çox hərbi dəstək verib

Ukrayna münaqişəsi başlayandan bəri Litva Ukraynaya 647 milyon avrodan çox hərbi dəstək verib.

"Litva Ukraynaya fasiləsiz hərbi dəstək verməkdə davam edir - bu gün biz bu ölkənin ordusuna yükləyicilər, pilotsuz uçuş aparatları, mərmilər və digər zəruri avadanlıqlar təhvil verdik", - departament "Facebook"-da bildirib.

Mətndə həmçinin qeyd olunur ki, Litvanın Ukraynaya ümumi dəstəyi uzunmüddətlidir və 1 milyard avronu ötür.

Mövsüm

AzNews.az