Stoltenberq: NATO-ya birbaşa hərbi təhlükə yoxdur

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyansa üzv olan ölkələr üçün birbaşa hərbi təhlükə görmür.

O, bu barədə Norveçdə keçirilən açıq iclasda çıxışı zamanı bildirib.

“Mən gələnə qədər dünya sakit idi. Yəqin ki, mən işimi bitirəndə hər şey yaxşı olacaq",- deyə Stoltenberq çıxışı zamanı bildirib.

NATO-nun baş katibi qeyd edib ki, onun vəzifəsində keçirdiyi illər alyans üçün çətin olub. Blok mütəmadi olaraq terrorizm, kiberhücumlar və təxribat təhlükəsi ilə üzləşib. Ancaq ən böyük çətinlik Ukraynadakı hərbi münaqişə olub.

Mövsüm

AzNews.az