AK ilin sonuna kimi Ukraynaya Rusiya aktivlərindən əldə edilən gəlirdən kredit verə bilər

Avropa Komissiyası (AK) hələ də Ukraynaya Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcək 50 milyard dollar məbləğində vəd edilmiş kredit təklifi üzərində işləyir.

Bu barədə AK mətbuat xidmətinin nümayəndəsi məlumat verib.

“Məqsəd G7 tərəfdaşlarımızla birlikdə ilin sonuna qədər Ukraynaya təxminən 50 milyard dollar kredit verməkdir”, - deyə məlumatda qeyd edilib.

Eyni zamanda bildirilib ki, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər artıq Ukraynaya hərbi dəstək vermək üçün istifadə olunur.

Mövsüm

AzNews.az