Qəzzada həlak olanların sayı 40 mini keçib

Qəzza zolağında son 24 saat ərzində davam edən hərbi əməliyyatlar nəticəsində azı 17 nəfər ölüb, 56 nəfər yaralanıb.

Bu barədə anklavın Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin Teleqram kanalında yerləşdirilmiş məlumata görə, Qəzzada gərginliyin artmasından sonra ümumilikdə 40 min 878 fələstinli ölüb, 94 min 454 nəfər isə yaralanıb.

Mövsüm

AzNews.az