Cənubi Koreya Şimali Koreyanın yüzlərlə "zibil balonları" göndərdiyini açıqlayıb

Cənubi Koreya Şimali Koreyanın bir-birinin ardınca ölkəyə içərisində zibil olan yüzlərlə şar göndərməyə davam etdiyini açıqlayıb.

Yonhap xəbərinə görə, Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamaya görə, Pxenyan rəhbərliyi dünən yüzlərlə zibil balonu göndərdikdən dərhal sonra bu gün də eyni addımı atıb.

Açıqlamaya görə, Şimal ölkəyə içərisində kağız və plastik butulkalar olan təxminən 480 şar göndərib və balonların bir hissəsi paytaxt Seulu əhatə edən Gyeonggi bölgəsinə düşüb.

Bəyanatda vətəndaşlara şarlara toxunmamaq və onlara yaxın düşənləri aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Mövsüm

AzNews.az