Banqladeş sərhəddə uşağın öldürülməsindən sonra Hindistana etiraz notası verib

Banqladeş Hindistan qüvvələrinin 13 yaşlı banqladeşli uşağı sərhəddə “öldürdüyü” əsası ilə Hindistana etiraz notası göndərib.

“Dhaka Tribune” qəzetinin məlumatına görə, sentyabrın 1-də baş verən hadisədən sonra Banqladeş Xarici İşlər Nazirliyi Hindistanın Dəkkədəki diplomatik nümayəndəliyinə etiraz notası verib.

Etiraz notasında Banqladeşin bu cür qəddar hərəkətlərə kəskin etiraz etdiyi və pisləndiyi bildirilib və hadisədən dərin narahat olduğu vurğulanıb.

Bildirilib ki, bu cür hərəkətlər 1975-ci il tarixli “Sərhəd orqanları üçün Hind-Banqladeş Birgə Təlimatları”nın müddəalarını pozur və Hindistan hökumətini bu cür “çirkin” hərəkətləri təkrarlamamağa, sərhəddə törədilən bütün qətlləri araşdırmağa və cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.

Qəzetin məlumatına görə, sentyabrın 1-də Hindistan sərhədinə yaxın Moulvibazar bölgəsində yaşayan 13 yaşlı oğlan Hindistan Sərhəd Təhlükəsizlik Qüvvələri (BSF) tərəfindən güllələnib.

Qeyd edək ki, Hindistan və Banqladeş təxminən 4100 kilometr məsafə ilə dünyanın ən uzun quru sərhədlərindən birini bölüşürlər.

Mövsüm

AzNews.az