Böyük Britaniya Kiyevə 213 milyon dollara 650 hava hücumundan müdafiə raketi göndərəcək

Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün 162 milyon funt sterlinqlik (təxminən 213 milyon dollar - red.) hərbi yardım paketi verəcək.

Bu barədə Krallığın Müdafiə Nazirliyinin press-relizində deyilir.

Müqavilə çərçivəsində Kiyev Londondan 650 ədəd yüngül çoxməqsədli raket kompleksləri (LMM) alacaq.

"Yeni hökumətin yardımın çatdırılmasını sürətləndirmək öhdəliyinə uyğun olaraq, LMM raketlərinin ilk partiyasının bu ilin sonuna qədər təhvil verilməsi gözlənilir", - məlumatda deyilir.

Mövsüm

Aznews.az