Yaponiyada qadına cinsi təcavüz edən ABŞ əsgəri saxlanılıb

Yaponiyada gündəmə gələn zorlama iddiası böyük reaksiyaya səbəb olub.

Okinava prefekturasında 20 yaşlı ABŞ dəniz piyadası iyunun sonunda 20 yaşlarında bir qadına cinsi təcavüz edib və onu yaralayıb.

Mövzu ilə bağlı açıqlama verən səlahiyyətlilərdən alınan məlumata görə, zərərçəkənin müalicə olunduğu xəstəxananın polisə xəbər verməsi ilə hadisənin ictimailəşdiyi öyrənilib.

Hadisədən sonra şübhəlinin ABŞ ordusu tərəfindən saxlanıldığı bildirilib.

Qeyd olunub ki, Yaponiya polisi tərəfindən könüllü olaraq dindirilən, lakin ittihamları rədd edən şübhəli dünən dəlillər nəzərə alınaraq prokurorluğa sövq edilib.

Şübhəlinin hazırda ABŞ ordusuna aid təcridxanada saxlandığı açıqlanıb.

Mövsüm

AzNews.az