Hollandiya Müdafiə Nazirliyinin rəhbəri Kiyevə F-16 üçün raketlər vəd edib

Hollandiya Ukraynaya F-16 qırıcıları üçün texniki xidmət avadanlığı, ehtiyat hissələri və hava raketləri təhvil verəcək.

Bu barədə Almaniyanın Ramşteyn aviabazasında Ukrayna üzrə təmas qrupunun iclası zamanı krallığın Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans bildirib.

“F-16-lar texniki xidmət və ehtiyat hissələri tələb edir. Bu olmadan onlar uça bilməzlər. Hollandiya 80 milyon avro dəyərində material tədarük ediəcək”, – Hollandiya Müdafiə Nazirliyinin saytı nazirin sözlərindən sitat gətirir.

Mövsüm

AzNews.az