Hindistan təyyarəsi Türkiyədə məcburi eniş edib

Hindistanın "Air Vistara" aviaşirkətinə məxsus təyyarə göyərtəsində bomba olması xəbəri ilə Türkiyənin şərqində Ərzurumda məcburi eniş edib.

Bu barədə Ərzurum valisi Mustafa Çiftçi məlumat verib.

Təyyarənin Mumbaydan Münhenə uçduğu qeyd edilib. Təyyarədə 247 sərnişin olub. Pilotun tələbi ilə bütün insanlar təyyarədən çıxarılıb.

“Təyyarə hazırda təhlükəsiz zonada yerdədir. Təyyarələrin hava limanından qəbulu və yola salınması müvəqqəti olaraq dayandırılıb”, - TRT-nin məlumatında qeyd edilib.

Mövsüm

AzNews.az