İndoneziyada Roma Papasını təhdid edən 7 nəfər həbs edilib

İndoneziyanın elit antiterror bölməsi Densus 88 paytaxt Cakartaya səfəri zamanı Roma Papası Fransiskə qarşı onlayn təhdidlər edən yeddi nəfəri həbs edib.

Bu barədə "Times of India" məlumat yayıb.

Sosial şəbəkələrdə təhdidlər yayılıb, onların müəllifləri pontifikə qarşı terror aktı törətmək planlarını paylaşıblar. Papanın avtomobilinin getdiyi yerlərdə də yanğın təhlükəsi var idi.

87 yaşlı papanın İndoneziyaya səfəri ekstremizm və dözümsüzlük qorxusu fonunda dini birliyi təşviq etmək məqsədi daşıyırdı. Həbslər bir neçə bölgədə, o cümlədən Cakarta, Qərbi Sumatra və Banka Belitungda həyata keçirilib.

Mövsüm

AzNews.az