Nigerdə ​​güclü daşqın: 273 nəfər ölüb

Niger günlərdir daşqınlara məruz qalıb.

Mülki Müdafiə Baş İdarəsindən verilən açıqlamada ölkədə əlverişsiz hava şəraitinin olduğu vurğulanıb.

Həddindən artıq yağışlar və şiddətli daşqınlar nəticəsində 273 nəfərin həyatını itirdiyi, 95 min ailənin evlərini tərk etmək məcburiyyətində qaldığı ifadə edilib.

Daşqınlar nəticəsində məktəblər, sağlamlıq mərkəzləri və mağazalar zərəri ilə bərabər kənd təsərrüfatı heyvanlarının da tələf olduğu bildirilir.

Mövsüm

AzNews.az