Çindən xarici övladlığa götürmə qadağası: ABŞ bəyanat gözləyir

Çin hökuməti beynəlxalq övladlığa götürmə proqramını bitirdiyini açıqlayıb.

Qərara əsasən, beynəlxalq övladlığa götürmə yalnız uşaqların qan qohumu olan şəxslər tərəfindən həyata keçirilə bilər.

ABŞ bu qərarın ərizələri gözlənilən yüzlərlə amerikalı ailəyə necə təsir edəcəyi ilə bağlı izahat gözləyir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq dünən bildirib ki, Pekin artıq Çindən olan uşaqların ölkələrarası övladlığa götürülməsini qadağan edib.

Bildirilib ki, uşaq və ya ögey uşağın qan qohumları tərəfindən övladlığa götürülməsi qadağaya daxil deyil.

Mao deyib: “Biz çinli uşaqları övladlığa götürmək istəyən xarici hökumətlərə və ailələrə yaxşı niyyətlərinə, sevgi və xeyirxahlığına görə təşəkkürümüzü bildiririk”.

Mövsüm

AzNews.az