Atlanta hava limanında iki təyyarə toqquşub

Atlanta hava limanında iki təyyarə uçuş-enmə zolağına gedərkən toqquşub.

Bu barədə Amerikanın "Delta Air Lines" aviaşirkəti məlumat verib.

“Atlantadan Tokioya gedən Airbus A350-nin qanadı Luiziana ştatının Lafayette şəhərinə gedərkən Endeavour Air CRJ-900 təyyarəsinin quyruğuna ilişib”.

Hadisə təyyarənin quyruğunun və qanadının zədələnməsi ilə nəticələnib.

Aviaşirkət bildirir ki, xəsarət alan olmayıb, bütün sərnişinlər başqa reyslərə köçürülmək üçün hava limanının terminalına aparılıb.

Mövsüm

AzNews.az