NATO-nun yeni baş katibinin andiçmə mərasimi oktyabrın 1-də baş tutacaq

NATO-nun yeni baş katibi, Niderlandın keçmiş baş naziri Mark Ruttenin andiçmə mərasimi oktyabrın 1-də baş tutacaq.

Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

Alyansın hazırkı baş katibi Yens Stoltenberqin də səlahiyyət müddəti oktyabrın 1-də başa çatır.

Mətbuat xidməti saytda mandatın Stoltenberqdən Rutteyə verilməsi proseduruna həsr olunmuş təntənəli tədbirlərin cədvəlini dərc edib.

Mövsüm

AzNews.az