Meksikada insanlar Senata basqın ediblər

Senatı hakimlərin xalq tərəfindən seçilməsini və bir sıra dəyişiklikləri nəzərdə tutan məhkəmə sistemi islahatına səs vermək üçün toplaşıb.

Gecə saatlarında keçirilən səsvermədə müxalifətçi deputatlardan biri fikrini dəyişərək məhkəmə islahatlarına səs verib və bununla da konstitusiya dəyişikliyi üçün tələb olunan üçdə iki səs çoxluğu təmin edilib.

Səlahiyyət müddəti sentyabrın 30-da başa çatacaq prezident Andrés Manuel Lopez Obradorun təqdim etdiyi məhkəmə paketi 41 “xeyr” səsinə qarşı 84 “hə” səsi ilə qəbul edilib. Səsvermə etirazlara da səbəb olub.

Səsvermədən sonra xalq senata basqın edib. Məhkəmə islahatlarının əleyhdarları Senatın binasına daxil olaraq qapıları təpikləyiblər.

İclasın keçirildiyi zala daxil olan fəallar senatorlara qarşı “satqın” şüarları səsləndiriblər. Etirazlara görə iclas yarımçıq qalıb.

Məhkəmə islahatlarının tərəfdarları hakimlərin ictimaiyyət qarşısında cavabdeh olacağını iddia edərkən, məhkəmə islahatlarının əleyhdarları ölkədə nəzarət və tarazlıq sisteminin zəifləyəcəyini və hakim Morena Partiyasının gücünü artıracağını bildirir.

Mövsüm

AzNews.az