ABŞ İranın Rusiyaya raket göndərdiyini təsdiqləyib

ABŞ Müdafiə Nazirliyinin sözçüsü general-mayor Pat Rayder İranın Rusiyaya Ftah 360 tipli qısa mənzilli ballistik raketlər tədarük etdiyini bildirib.

ABŞ Dövlət Departamenti sözügedən tədarük çərçivəsində bəzi qurum və təşkilatlara qarşı sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.

Pentaqonun sözçüsü general-mayor Ryder verdiyi açıqlamada, "ABŞ İranın Rusiyaya Ftah 360 yaxın mənzilli ballistik raketlər göndərdiyi xəbərini təsdiqlədi. Rusiya bu raketləri bir neçə həftə ərzində Ukraynaya qarşı istifadə edə və daha çox Ukrayna vətəndaşının ölümünə səbəb ola bilər. Dövlət Departamenti və Ağ Evdəki həmkarlarımızın qeyd etdiyi kimi, İran və Rusiya arasındakı bu tərəfdaşlıq Avropanın təhlükəsizliyini təhdid edir və İranın sabitliyi pozan təsirinin Yaxın Şərqdən kənara çıxdığını və İrana dəstəyinin də sabitliyi pozduğunu göstərir. Üstəlik Moskvada İranın ehtiyac duyduğu texnologiyanı paylaşır və biz bu hadisələri Avropa və Yaxın Şərqdəki müttəfiqlərimiz və tərəfdaşlarımızla izləməyə davam edəcəyik və bu raket sistemlərinin Ukrayna xalqına yarada biləcəyi təhlükəyə qarşı Ukraynanın müdafiəsi ilə bağlı öhdəliyimizi davam etdirəcəyik",- deyə qeyd edib.

Mövsüm

AzNews.az