Avropa İttifaqı Rusiya qazı olmadan davam etməkdə qərarlıdır

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya-Ukrayna müharibəsindən əvvəl təbii qazın 40 faizini Rusiyadan idxal edirdi.

Müharibə ilə Rusiyanın AB-yə təbii qaz nəqli əhəmiyyətli dərəcədə azalıb.

Avropa Komissiyasının enerjidən məsul üzvü Kadri Simson Brüsseldə Avropanın enerji transformasiyasında atdığı addımların qiymətləndirildiyi "Aİ Enerji Birliyi 2024" hesabatı ilə bağlı mətbuat konfransı keçirib.

AB-nin son iki ildə bərpa olunan enerjinin quraşdırılmasında sürətlə irəlilədiyini xatırladan Simson, “2024-cü ilin ilk yarısında külək və günəş enerjisi ilk dəfə elektrik istehsalında qalıq yanacaqları geridə qoyaraq yeni bir rekorda imza atdı ",- deyə qeyd edib.

“RUS QAZI OLMADAN DAVAM EDƏCƏK”

Simson bərpa olunan enerji mənbələrindən geniş istifadəni təmin etmək üçün bazar inteqrasiyasının, şəbəkə və infrastruktur investisiyalarının vacibliyinə diqqət çəkib.

Rusiyanın qalıq yanacaqlarından onilliklər boyu davam edən "asılılığa" son qoymağı bacardıqlarını ifadə edən Simson, keçmişdə Aİ-nin Rusiyadan hər il 150 milyard kubmetr qaz idxal etdiyini, indi isə bu rəqəmin 50 milyard kubmetrdən aşağı düşdüyünü qeyd edib.

"Rusiyadan asılılığımız 2021-ci ildəki 45 faizdən keçən il 15 faizə düşüb" ,- o, yekunlaşdırıb.

Mövsüm

AzNews.az