IDF Filadelfiya dəhlizinin tunellərinin 80%-nin məhv edildiyini bildirib

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının Misirlə sərhədində yerləşən Filadelfiya dəhlizinin yeraltı keçidlərinin və tunellərinin 80%-ni məhv edib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Departament həmçinin Fələstinin radikal HƏMAS hərəkatının 2 mindən çox yaraqlısının və dəhlizin keçdiyi Rafah bölgəsində təxminən 13 km tunelin məhv edildiyi barədə məlumat verib.

“Bu əməliyyatlar zamanı qoşunlar HƏMAS terror təşkilatının “Rəfah” briqadasının ləğvini başa çatdırıblar”, - deyə mətbuat xidməti bildirib.

Mövsüm

AzNews.az