Finlandiya Rusiya ərazisinə pilotsuz təyyarə hücumu ilə bağlı məlumatları təkzib edib

Finlandiya Müdafiə Qüvvələrinin Baş Qərargahı pilotsuz təyyarələrin ölkə ərazisindən Rusiya ərazisinə buraxılması ilə bağlı iddiaları təkzib edib.

Bu barədə "Yle" qəzeti məlumat yayıb.

“Dronların 2024-cü il sentyabrın 10-da Finlandiyadan buraxılması ilə bağlı iddialar həqiqətə uyğun deyil. Finlandiya ərazisindən Rusiyaya qarşı bu cür hərəkətlər olmayıb və olmayacaq", - Baş Qərargahdan nəşrə bildiriblər.

Departament əlavə edib ki, Finlandiya və onun müttəfiqləri vəziyyəti izləyir.

Mövsüm

AzNews.az