Blinken Qəzzada baş verən humanitar böhranı dəyərləndirib

Rəsmi səfəri çərçivəsində Polşada olan ABŞ dövlət katibi Antoni Blinken paytaxt Varşavada Polşa xarici işlər naziri Radoslav Sikorski ilə birgə mətbuat konfransında Qəzzada baş verən humanitar böhranı dəyərləndirib.

Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində didərgin düşmüş mülki şəxslərin sığındığı məktəbə İsrail ordusunun təşkil etdiyi hücumda 6 BMT əməkdaşı həlak olub.

Bu kontekstdə açıqlama verən Blinken bu vəziyyətin atəşkəsin əldə olunmasının vacibliyini bir daha göstərdiyinə diqqət çəkib.

Qəzzada və dünyada humanitar yardım işçilərinin qorunmasının və fəaliyyətlərinin asanlaşdırılmasının vacib olduğunu vurğulayan Blinken, humanitar yardım sahələrinin qorunmalı olduğunu bildirib.

Mövsüm

AzNews.az