Reuters: Keniyada 11 nəfərin olduğu təyyarə havaya qalxarkən qəzaya uğrayıb

Keniyada içərisində 10 sərnişin və bir pilotun olduğu təyyarə havaya qalxarkən qəzaya uğrayıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nəşr bildirib ki, təyyarə Miqori hava limanından havaya qalxıb. Hazırda sərnişinlərlə bağlı məlumat dəqiqləşdirilir.

Agentlik çarter şirkətinin bəyanatına istinadən qeyd edib ki, “Hər hansı xəsarət və ya ölüm hadisəsi qeydə alınmayıb”.

Mövsüm

AzNews.az