Zimbabvedə prezident Mnanqaqva üçün nəzərdə tutulan helikopter qəzaya uğrayıb

Zimbabvedə ölkə prezidenti Emmerson Mnanqaqva üçün nəzərdə tutulan helikopter qəzaya uğrayıb.

ZBC bu barədə ölkənin informasiya naziri Cenfan Musverin bəyanatına istinadən məlumat yayıb.

Telekanal qəzanın təməlqoyma mərasimi və prezidentin də iştirak etdiyi Münhümütəpə günü şənliyindən sonra baş verdiyini bildirib. Bildirilir ki, prezident Mnanqaqva ilə uçmalı olan helikopter texniki nasazlıqdan sonra təcili eniş edib. Prezidentin özü təyyarədə olmayıb.

Qəzaya uğrayan təyyarənin bütün ekipaj üzvləri sağ qalıb.

Mövsüm

AzNews.az