Estoniya prezidenti: Qərb ölkələri Kiyevə kömək etməkdən yorulub

Ukraynaya dəstək verən Qərb dövlətləri bundan beziblər.

Bu barədə Estoniya prezidenti Alar Karis məlumat verib.

“Yorğunluq var. Cəbhə xəttində olanlar, cəbhə xəttindən uzaqda olanlara da və hətta təmas xəttindən çox uzaqda olanlarda da yorğunluq var”, - deyə Karis qeyd edib..

O, əlavə edib ki, Ukraynanın bəzi müttəfiqləri bu münaqişənin beynəlxalq gündəmdə olmasına öyrəşiblər və ona diqqət azalmağa başlayıb. Estoniya prezidentinin sözlərinə görə, Kiyevin döyüş meydanındakı uğurları yorğunluqla mübarizə aparmağa kömək edəcək, bunun üçün Ukrayna Silahlı Qüvvələrinə (AFU) dəstəyi artırmaq lazımdır.

Mövsüm

AzNews.az