Niderland Aİ-dən miqrantların qəbulu ilə bağlı öhdəliklərini ləğv etməyi xahiş edib

Niderland hökuməti arzuolunmaz miqrantlara qarşı tədbirləri sərtləşdirmək üçün miqrasiya öhdəliklərini ləğv etmək xahişi ilə Avropa İttifaqının rəhbərliyinə müraciət edib.

Bu barədə ölkənin miqrasiya naziri Marjolein Faber məlumat verib.

“Mən indicə Avropa Komissiyasına bildirdim ki, Niderlandı Avropa daxilində miqrasiya rejimindən azad etmək istəyirəm. Biz yenidən öz sığınacaq siyasətlərimizə görə məsuliyyəti öz üzərimizə götürməliyik!” - Reuters onun sözlərini sitat gətirib.

Jurnalistlər hesab edirlər ki, Brüssel çətin ki, bu tələbi yerinə yetirsin, çünki 2023-cü ilin dekabrında Aİ-yə üzv ölkələr yeni ümumavropa miqrasiya paktı ilə bağlı razılığa gəliblər. Xüsusilə, ötən həftə Brüssel nümayəndəsi Erik Mamer bildirib ki, ölkənin birləşmə çərçivəsində qəbul edilən qanunvericilikdən imtina etmək hüququ yoxdur.

Mövsüm

AzNews.az