Estoniya Rusiya ilə sərhəd yaxınlığında yeni hərbi baza açıb

Estoniyanın cənubunda, Rusiya ilə birbaşa sərhədin yaxınlığında, 1 min nəfərə qədər hərbi kontingenti yerləşdirə bilən yeni hərbi baza təşkil edilib.

Bu barədə "ERR" yayım şirkəti məlumat yayıb.

“Võru şəhəri yaxınlığındakı Juba kəndində Reedo adlı 14 binadan ibarət yeni hərbi baza açılıb”,- media qeyd edib.

Telekanalın məlumatına görə, onlar bazada ikinci Estoniya briqadasını və NATO-nun digər ölkələrinin qoşun kontingentini yerləşdirməyi planlaşdırırlar. Beləliklə, onun “NATO-nun müdafiə planlarına uyğun olaraq hazırlıqlar üçün” toplama məntəqəsi kimi xidmət edəcəyi güman edilir.

Mövsüm

AzNews.az