Praqada qatarın toqquşması nəticəsində 10 nəfər xəsarət alıb

Praqada sərnişin qatarlarının toqquşması nəticəsində 10-a yaxın insan xəsarət alıb.

Bu barədə Çexiyanın “İdnes” nəşri məlumat yayıb.

“Biz Praqada körpünün yaxınlığında və Çuprova küçəsində iki qatarın toqquşması baş verib. Hadisə yerində bir neçə yaralı var. Çuprova küçəsi hər iki istiqamətdə bağlıdır”, - yerli polis bildirib.

Hadisə yerinə tibb qrupları, müayinə və 4 xilasetmə qrupu göndərilib.

Zərərçəkənlərin əsasən qançırların olduğu bildirilir. Onlar paytaxt xəstəxanalarına göndərilib.

Mövsüm

AzNews.az