ABŞ Alyaskaya qoşun göndərir

ABŞ Rusiyaya qarşı daha bir yeni tədbir görüb.

Rusiyanın “Okean-24” hərbi təlimlərindən sonra narahat olan ABŞ Aleut adaları bölgəsinə mobil raket qurğuları ilə təchiz edilmiş təxminən 130 əsgər göndərib.

Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) 11 sentyabr, 13 sentyabr, 14 sentyabr və 15 sentyabr tarixlərində Alyaska sahillərində Rusiya hərbi təyyarələrini aşkar edib izlədiyini bildirib.