Estoniya 10 milyon dollar dəyərində saxta silah maketləri almağı planlaşdırır

Estoniya Müdafiə Nazirliyi sentyabrın sonunadək silah maketlərinin alınması üçün müsabiqə elan edib.

Amerikanın həftəlik "Defense News" qəzeti departamentə istinadən xəbər verir ki, Tallin maketlərin alınmasına 10 milyon dollara qədər xərcləməyi hədəfləyir.

Bildirilir ki, hərbçilər silah sistemləri, döyüş sursatları, rabitə və radar avadanlıqlarının modellərini əldə etməkdə, həmçinin “yalançı hədəflər”in quraşdırılması və saxlanması üzrə təlimlərdə maraqlıdırlar.

Estoniyanın axtardığı xüsusi "yem" növləri haqqında əlavə məlumat verilməyib.

Mövsüm

AzNews.az