Livanda ratsiya və peycerlərin təyyarələrdə daşınması qadağan edilib

Livanda təyyarənin göyərtəsində olan sərnişinlərə peycer və ratsiya aparması qadağan ediləcək.

MTV Livan bu barədə Beyrut hava limanına istinadən məlumat yayıb.

“Beyrutun Rafik Həriri Beynəlxalq Hava Limanı sərnişinlərə hər hansı bir təyyarənin göyərtəsində peycer və ratsiya gətirməyi qadağan edən yeni bir direktiv verdi”,- deyə nəşrdə qeyd edilib.

Bildirilir ki, qadağa yoxlanılan baqaj, əl yükü və yüklərə şamil edilir. Tədbir növbəti xəbərdarlığa qədər qüvvədə qalacaq və aşkar edilmiş hər hansı qurğular hava limanının əməkdaşları tərəfindən müsadirə olunacaq.

Mövsüm

AzNews.az