AP Ukraynanın Rusiya ərzailərinə zərbələrə icazə verən qətnamə qəbul edib

Strasburqda keçirilən plenar iclasda Avropa Parlamentinin üzvləri səs çoxluğu ilə Avropa İttifaqı (Aİ) ölkələrini Ukraynanın Rusiya ərazilərinə endirdiyi zərbələrə dair məhdudiyyətləri aradan qaldırmağa çağıran qətnamə qəbul ediblər.

“Qətnamədə Avropa Parlamentinin üzvləri Aİ ölkələrindən Ukraynanın Rusiyadakı qanuni hərbi hədəflərə qarşı Qərb silah sistemlərindən istifadə etməsinə mane olan mövcud məhdudiyyətləri aradan qaldırmağı tələb edirlər”, - Avropa Parlamentinin saytında dərc olunan sənədin mətnində deyilir.

Mövsüm

AzNews.az