Vyetnam BRİKS sammitində iştirak edəcək

Vyetnam Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək, nümayəndə heyətinin tərkibi dəqiqləşdirilir.

Bu barədə Rusiyanın bu ölkədəki səfirliyindən bildirilib.

"Vyetnam tərəfi iştirakını təsdiqləyib, lakin nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi hələ məlum deyil", - diplomatik nümayəndəlik vurğulayıb.

Qeyd edək ki, sentyabrın 10-da Rusiya prezidenti Vladimir Putin Kremldə Vyetnam Milli Assambleyasının sədri Tran Thanh Man ilə danışıqlar aparıb.

Mövsüm

AzNews.az