Cənubi Qafqaz üzrə 3+3 platforması çərçivəsində görüşə hazırlıq davam edir

Türkiyədə keçirilməsi planlaşdırılan 3+3 regional platforması (Ermənistan, Azərbaycan, Gürcüstan, həmçinin Rusiya, Türkiyə və İran) çərçivəsində xarici işlər nazirlərinin Cənubi Qafqaza dair görüşünə hazırlıq gedir.

Rusiya XİN Bu barədə IV Avrasiya Qadınlar Forumu çərçivəsində keçirilən brifinqdə mətbuat katibi Mariya Zaxarova bildirib.

Cənubi Qafqazda regional əməkdaşlıq üçün altıtərəfli platforma 2020-ci ilin sonlarında Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb və sonradan “3+3” adlandırılıb. Rusiya və İran bu ideyanı alqışlayıb, Ermənistan da təşəbbüsə qoşulub. Gürcüstan isə iştirak etmək fikrində olmadığını bildirib. 2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinlərini bir araya gətirən regional məsləhət platformasının ilk iclası keçirilib. Xarici işlər nazirlərinin əvvəlki görüşü 2023-cü ilin oktyabrında Tehranda keçirilib.

Mövsüm

AzNews.az