Şimali Koreya və Rusiya dostluğu ABŞ-ın təzyiqi altında

Şimali Koreyanın Rusiya ilə artan əməkdaşlığına qarşı ABŞ yeni addım atıb.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisindən verilən açıqlamada Şimali Koreya ilə Rusiya arasında qeyri-qanuni pul dövriyyəsində rol oynayan 5 təşkilat və bir şəxsin sanksiya siyahısına əlavə edildiyi bildirilib.

Bildirilir ki, sanksiya tətbiq edilən qurumlar Gürcüstandan birtərəfli müstəqilliyini elan edən Cənubi Osetiya bölgəsindəki MRB Bank, Rusiya Maliyyə Korporasiyası Bankı, Rusiyada TSMR Bank, Moskvada yerləşən “Stroytreyd” MMC və Rusiyada “Timer Bank”dır.

Açıqlamada, son sanksiyaların Şimali Koreyanın dövlət qurumları, Xarici Ticarət Bankı və Korea Kwangson Banking-in qeyri-qanuni maliyyə əməliyyatlarını hədəf aldığı vurğulanaraq, alınan tədbirin Moskvanın beynəlxalq sanksiyaları pozduğunu və Şimali Koreya bankları ilə pul köçürmələri həyata keçirdiyini ortaya çıxardığı bildirilib.

Mövsüm

AzNews.az