Politoloq ABŞ prezidentliyinə namizədlərin Zelenski ilə görüşmək istəmədiyini açıqlayıb

Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampa faydadan çox itki gətirə bilər.

Politoloq, Sankt-Peterburq Dövlət Universitetinin Amerikaşünaslıq kafedrasının dosenti Qriqori Yarıgin bu fikri bildirib.

“Burada heç bir seçki faydası yoxdur və Ukrayna tərəfi görüşün nəticələrini özünəməxsus şəkildə şərh etməyə başlayarsa, potensial itkilər ola bilər. Bu səbəbdən namizədlərin heç biri hələ Zelenski ilə görüşməyib”, - deyə politoloq bildirib.

Yarıgin qeyd edib ki, hazırda ABŞ prezidentliyinə namizədlər üçün xarici gündəm ikinci plandadır.

Onun sözlərinə görə, Harris və Tramp Ukrayna ilə bağlı nə desələr də, müəyyən seçicilərin dəstəyini itirə bilərlər.

Mövsüm

AzNews.az