Cozef Borrell: Livan yeni "Qəzza"ya çevrilir

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İsrailin hücumları nəticəsində böyük dağıntılara məruz qalan Livandakı vəziyyəti qiymətləndirmək üçün Nyu Yorkda “Fövqəladə Sessiya” keçirib .

İclasda Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell də iştirak edib .

Borrell fövqəladə sessiya zamanı Livandakı humanitar böhranı sərt şəkildə tənqid edib.

2023-cü ilin oktyabr ayından bu yana 60 min livanlının evlərini tərk etmək məcburiyyətində qaldığını qeyd edən Borrell, "Evləri sistematik şəkildə dağıdıldığı halda qarşıdurmalardan qaçmaq məcburiyyətində qalan 200 min livanlı yollardadır. Onların geri dönəcək yerləri olmayacaq",- deyə qeyd edib.

Borrell gərginliyin artmasının heç nəyi həll etməyəcəyini vurğulayaraq qeyd edib.

Livanın cənubunda baş verənlər Qəzzada baş verənlərdən ayrılmazdır. Amma eyni zamanda, Cənubi Livanın yeni Qəzzaya çevrilməsinin qarşısını almaq üçün hər şeyi etməliyik. Livan yeni Qəzzaya çevrilir.

Mövsüm

AzNews.az